İngiltərənin "Mançester Yunayted" klubu Almaniya "Leypsiq"indən Benjamin Şeşkonu transfer etdiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.
"Qırmızı şeytanlar" sloveniyalı hücumçu ilə 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Benjamin Şeşko 2023-cü ilin yayından "Leypsiq"də idi. O, son mövsüm ərzində iştirak etdiyi 45 matçda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.