Türkiyənin Amasiya şəhərində yaşayan İsmayıl Çələbi bütün zamanını birlikdə keçirdiyi xoruzu ilə türkiyə mətbuatının diqqətini cəlb edib.
Unikal.org xəbər verir ki, 62 yaşlı təqaüdçü bəsləmək üçün özünə bir toyuq alıb. Toyuğu bir müddət sonra 5 cücə dünyaya gətirib.
Çələbi bu 5 cücədən birinə ayrı diqqət göstərib. Çələbi "çilli" adını verdiyi xoruzunu özünün ən yaxın dostu hesab edir. Xoruzu onunla avtomobilə minir, gəzintiyə çıxır, marketə gedir, çayçıda birlikdə çay içir.. Xoruz bir an olsun sahibindən ayırılmır.
Evli və 3 uşaq atası olan Çələbi AA müxbirinə bildirib ki, başqa toyuq və xorozları olsada ən çox "Çilli" adını verdiyi xorozunu sevdiyi söyləyib. "Çillini" özünə pensiya yoldaşı hesab edirəm".
Birlikdə vaxt keçirməkdən xoşbəxtlik duyduğunu izah edən Çələbi bildirib ki, vaxt tapdıqca onunla birlikdə gəzintiyə çıxır. "Harasa gedərən "Çilli"yi avtomobilimdə yanımda aparıram. Bazara, marketə, hər yerə birlikdə gedirik, yanımdan ayırmıram. "Çilli" mənim ən yaxşı dostum. Mən onunla danışıb-dərdləşirəm. Xoruzuma övladım kimi baxıram. Dostlarım mənim arxamca danışır, bu məni çox üzür. Amma "Çili" mənə etibarlı və sadiq dostdur".