Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, qonaq fəxri qarovulun önündən keçdikdən sonra protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

Görüşdə tərəflər regional hərbi-siyasi vəziyyəti, hərbi əməkdaşlığın perspektivlərini, eləcə də müdafiə sahəsində digər məsələləri ətraflı müzakirə ediblər.