"Rusiya tərəfinin səyi ilə Azərbaycan, Ermənistan və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəislərinin Moskvada keçirilən görüşündə 2016-cı ilin aprel ayının əvvəlində Dağlıq Qarabağda baş vermiş genişmiqyaslı hərbi fəaliyyətin qarşısını almaq mümkün olub".

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu barədə Rusiya XİN-in saytında yerləşdirilən "2016-cı ilin əsas xarici siyasi yekunları" adlı materialda bildirilib.

"ATƏT-in Minsk qrupu xarici işlər nazirlərinin iştirakı ilə may ayında Vyanada Ermənistan-Azərbaycan sammitində, eləcə də Sankt-Peterburqda keçirilən üçtərəfli görüşdə toqquşmaların qarşısının alınması və danışıqların davam etdirilməsi üçün şəraitin yaradılmasına səylər göstərilib", - deyə sənəddə vurğulanıb.