Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 30-da Oğuz rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Unikal.org xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qəbulda Oğuz, Qəbələ və Ağdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Oğuz rayon icra şöbəsi (ünvan: Oğuz şəhəri, Heydər Əliyev prospekti, 1, əlaqə telefonu: (02421) 5-35-29, 5-39-03, (050) 852-63-33), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.