Bakıda 55 yaşlı kişi intihar edib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Balaxanı qəsəbəsində yaşayan 55 yaşlı Səfərov Tema Fuad oğlu mənzilində özünü asaraq intihar edib.

T.Səfərovun meyidi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.