Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Unikal.org-a açıqlama verib.

O qeyd edib ki, vaxtilə rəhbərlik etdiyi qurum MTN ilə əməkdaşlıq edib:

"Həbs olunan MTN-çilərin məhkəmə prosesi başlamadığı üçün prosesə müdaxilə etmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, ölkəmizin beynəlxalq rabitə sistemində informasiya təhlükəsizliyinin qorunması, daxili telekommunikasiya şəbəkələrinin və internet resurslarının xarici kiberhücumlardan qorumaq üçün keçmiş Milli Təhlükəsizlik Nazirliyi ilə əməkdaşlıq etmişik. Xahiş edirəm, belə məsələrlə bağlı mənə müraciət etməyəsiniz.