Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib.  

Unikal.org-un apa-ya  istinadən məlumatına görə, hadisə "Metropark ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib. Məlumata görə, partlayışdan sonra güclü yanğın baş verib. 

Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub. 
Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.   
bakida yanginla neticelenen partlayis bas verib