Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,28 dollar, yaxud 0,49% ucuzlaşıb.

Unikal.org report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 56,83 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.