Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org lent.az-a istinadən məlumatına görə, Digah qəsəbəsində avtomobil 29 yaşlı qadını vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə birgə ərazidən uzaqlaşıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.