İstanbul Güngörən rayonun Cömertkent küçəsində 12 mərtəbəli bir binanın 10-cu mərtəbəsində evdə partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə zamanı vətəndaşlar binadan təxliyyə ediliblər.

İlkin araşdırmaya görə, evdə kombinin partlaması nəticəsinə hadisə baş verib.

Sakinlər arasında xəsarət alan olmasada, partlayışın güclü olmasından binaya ciddi ziyan dəyib. Yaşayış evinin balkonu isə çöküb.

Hadisə ilə bağlı araşdırmaya başlanılıb.