Mingəçevirdə iki ölüm hadisəsi qeydə alınıb.
Unikal.org DİN-in saytına istinadən xəbər verir ki, Ağcabədi rayon sakini Yaşar Hüseynov Mingəçevir şəhəri ərazisində binalardan (5 mərtəbəli yaşayış binası) birinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb.
Xəstəxanaya yerləşdirilən Y.Hüseynov orada ölüb.
Digər bir hadisə də Mingəçevir şəhərində baş tutub.
Rövşən Alqayıtov ehtiyatsızlıqdan evinin eyvanından (5-ci mərtəbədən) yıxılıb. Xəstəxanaya yerləşdirilən R.Alqayıtov orada ölüb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.