Ağcabədidə 3 nəfərin xəsarət almasına səbəb olan yol-qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, rayonun Hindarx qəsəbəsində VAZ 2106 və VAZ 21099 markalı maşınların toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Süleymanov Rəvan Səxavət oğlu, onun həmyaşıdı Qurbanlı Nəsimi Eldəniz oğlu və hələ ki, şəxsiyyəti müəyyən olunmayan şəxsAğcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən xəbərə görə, yaralıların vəziyyətiorta- ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb.