Avstraliyadakı otellərin birindən britaniyalı rəqqasənin meyidi tapılıb.

Unikal.org milli.az-a  istinadla bildirir ki, 29 yaşlı rəqqasə Steysi Tyerninin cəsədi Avstraliyadakı otellərin birindən tapılıb. Onun cəsədi öldükdən 12 saat sonra tapılıb. Polislər qızın valideynlərinə xəbər veriblər.

Hadisə ilə bağlı araşdırma aparılır. Onun hansı səbəbdən öldüyü bilinmir.