Bakıda mənzildə yanğın zamanı ev sahibi yanaraq ölüb.

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "D" yaşayış sahəsində yaşayan Şahseyran Ağayevin mənzilində yanğın baş verib.
Yanğın söndürüldükdən sonra Ş.Ağayevin yanmış meyiti tapılıb.