Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən unikal.org-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakinləri Mübariz Bağırovun idarə etdiyi "Seat markalı avtomobil Rövşən Əmənovun idarə etdiyi "VAZ-2107 ilə toqquşub.

Nəticədə R.Əmənov və sərnişinlərindən həmkəndlisi Təhminə Haxıyeva hadisə yerində ölüb, digər sərnişini və M.Bağırov isə xəstəxanaya yerləşdiriliblər.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.