Şəmkir rayonunda toydan çıxıb evinə gedən sürücü qəzaya uğrayıb.
Unikal.org-un "Report"a istinadən məlumatına görə, hadisə axşam saatlarında Şəmkir şəhərində baş verib.
Rayon sakini, 1978-ci il təvəllüdlü Sarıyev Ülvi Quba oğlu tanışının toy şənliyində iştirak etdikdən sonra özünün "Niva" markalı avtomobili ilə evinə qayıdarkən qarşı tərəfdən gələn "Mercedes-Benz " markalı avtomaşınla toqquşub. Nəticədə Ü.Sarıyev müxtəlif bədən xəsarətləri alıb.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralı travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.