Bakıda mənzildən 9 600 manat pul və qızıl-zinət əşyaları oğurlanıb.

Unikal.org-un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, Rahib Məmmədov küçəsi ev 12 mənzil 52-də yaşayan ev sahibi Faiq Cəfərov mənzildə olmadığı vaxt naməlum şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olub. Mənzildən 9 600 manat pul və 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.