Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlının cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror E. Qəhrəmanlının 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində ötən il avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib.
E. Qəhrəmanlı barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi başlanıb.