"Quba Rayon Məhkəməsində baş verən hadisə ilə bağlı xüsusi komissiya yaradılıb".
Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
O bildirib ki, komissiyaya Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva rəhbərlik edir: "Həmçinin Dövlət Komitəsinin və yerli icra hakimiyyətinin digər nümayəndələri bu prosesdə iştirak edir. Həmin qrup çərçivəsində hazırda araşdırmalar gedir. Prosesdə iştirak edən şəxslərin hamısı ilə sorğu-suallar davam etdirilir".
Şöbə müdirinin sözlərinə görə, qəbul edilən məhkəmə qərarının icrasında qanuni və qanuni olmayan faktların araşdırılması hazırda davam etdirilir: "Yaxın günlərdə bu məsələ ilə bağlı cavab təqdim ediləcək".