Xəbər verdiyimiz kimi, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbul şəhərinin Ortaköy rayonunda yerləşən "Reina gecə klubunda terror törədilib. Nəticədə 39 nəfər ölmüş, 65 nəfər yaralanmışdır.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul polisi Reina qırğınını törədən şəxsin Özbək əsilli Abdulgadir Masharipov olduğunu öyrənib.
Milliyyət-in xəbərinə görə polis şübhəlinin keçmişiylə əlaqədar araşdırma aparır.
Qeyd edək ki, daha əvvəl ictimaiyyətə əks olunan fotoşəkillərdə terrorçunun adının Yahya Mashrapov olduğu iddia edilmişdir. Ancaq eyni adlı bir adam Qırğızıstanda ortaya çıxmış və polisə gedib özünün hadisələ bir əlaqədar olmadığına dair ifadə vermişdi.