Bərdə rayonunun Zümürxan kənd sakini Ehtiram İsayevdən narkotik vasitə, odlu silah və ləvazimatları götürülüb. 

Unikal.org-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, narkotik vasitə ilə yanvarın 5-də tutulmuş Mahir Mehdiyevin ətrafında Bərdə RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun narkotik vasitəni Zümürxan kənd sakini Ehtiram İsayevdən alması müəyyən edilib. 

E.İsayevin evinə baxış zamanı 790 qram marixuana, 16 ədəd "Siklodol" həbi, 1 ədəd lüləsi kəsilmiş, nömrəsi silinmiş "TOZ-32" markalı tüfəng, 10 ədəd müxtəlif çaplı patron, barıt və qırma aşkar edilərək götürülüb.