Şəkidə yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şəki rayonu, Baş Küngüt kəndində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin damının və tavanının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.