Şabran rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Bakı-Quba yolunun bu rayondan keçən hissəsində "VAZ 2107" markalı iki minik avtomobili toqquşub. Zərbənin gücündən avtomobillərdən biri yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.