Ötən gecə Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan iaşə obyektinin yanar konstruksiyaları və əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 05:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.