Şəmkirdə döyülmə faktı qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Tatar kəndində qeydə alınıb.

Kənd sakini, 1974-cü il təvəllüdlü Rizvan Tağıyev döyülərək müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, R. Tağıyev tanışı tərəfindən döyülüb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdıra aparılır.