Rusiyanın "Transneft" şirkəti Azərbaycandan Rusiyanın Novorossiysk linanına neft nəqlini dayandırıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin prezidentinin müşaviri, mətbuat katibi İqor Demin bildirib.

Onun sözlərinə görə, buna səbəb Mahaçqala ərazisində aparılan təmir işləridir.

Təmir işlərinin nə vaxt bitəcəyini, o cümlədən nəqlin nə zaman bərpa olunacağı barədə məlumat yoxdur.