Səngəçal qəsəbəsində ötən ay partlayış baş vermiş qaz kəmərinin yaxınlığında yenidən partlayış olduğu bildirilir.
Unikal.org xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının rəhbəri Mirvati Qəhrəmanlı məlumat yayıb.
O, öz feysbuq səhifəsində həmin ərazidə növbəti partlayışın baş verdiyini yazıb.
Qeyd edək ki, 2016-cı il, dekabrın 27-də saat 10 radələrində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi. Növbəti partlayış isə yanvarın 2-də qeydə alınmışdı.