Hacıqabul sakini sirkə turşusu içərək intihara cəhd edib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, Hacıqabul sakini, 1966-cı il təvəllüdlü Məmmədova Zöhrə Məmmədcəfər qızı sirkə turşusu içərək intihar etmək istəyib. Zöhrə Məmmədova sirkə turşusundan kimyəvi zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər qadına udlağın, qida borusunun və mədəsinin tam kimyəvi yanığı diaqnozu qoyub, xəstənin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
İntihara cəhdin səbəbi qadına onkoloji xəstəlik diaqnozunun qoyulması olub.