Bakıda 17 gün əvvəl intihara cəhd edən qız xəstəxanada ölüb.

Unikal.org xəbər verir ki, Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən il dekabrın 25-də Yeni Günəşli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nərminə Firuddin qızı Paşayeva yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb.

Xəstəxanaya yerləşdirilən N Paşayeva ötən gün orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.