Xızı rayonunda badbəxt hadisə baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Giləzi qəsəbəsindəki avtomobil təmiri sexlərindən birində qəsəbə sakini Novruz Novruzov "DAF markalı avtomobilin təkərini təmir edərkən qaldırıcı qurğu avtomobilin altından çıxıb və yük maşını N.Novruzovun üstünə düşüb. Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb.

Digər bir bədbəxt hadisə Tovuz rayonunun Əhmədabad kəndində baş verib. Həmin kənddə yaşayan Ramiz Səfərov kənd ərazisindəki transformatora müdaxilə edən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı bağlı araşdırma aparılır.