Biləsuvarda ana doğuşdan sonra dünyasını dəyişib.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, rayonun Zəhmətabad kənd sakini, 1993-cü il təvəllüdlü Amidə Füzuli qızı Arzumanlı doğum şöbəsinə gətirilib.

Ilkin məlumata görə, oğlan uşağı dünya gətirən ana doğuşdan sonra dünyasını dəyişib.
Körpənin durumunun yaxşı olduğu bildirilir.

Faktla bağlı Biləsuvar rayon Prokrorluğunda araşdırma aparılır.