Meksikanın Çiaua ştatının Syudad-Xyares şəhərində ikibaşlı oğlan uşağı dünyaya gəlib.

Unikal.org  xəbər verir ki, bu barədə məlumat "Fox Newsda yer alıb.

Körpənin ailəsi tərəfindən göstərilən videokadrlarda hadisə öz təsdiqini tapıb. Qeyri-adi körpə haqda başqa heç bir məlumat yoxdur.

Körpənin valideynlərinin adları bildirilmir. Həkimlər mutasiyanın səbəbi barədə nəsə deməyə çətinlik çəkirlər.