Bakıda intihar hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə qeydə alınıb. Yerli sakinlər polisə həmin tikilidə asılmış kişi meyitinin aşkarlanması barədə məlumat veriblər.

Həyata keçirilən tədbirlər nəticəsində intihar edən şəxsin Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Azər Əkbər oğlu Süleymanov olması müəyyən edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.