Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçuri güllələnib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə yanvarın 11-də Tiflisdə baş verib.

Mindiya Qoqoçuri xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı ətraflı məlumat verilmir.

Faktla bağlı cinayət işi açılıb.