Bakıda yaşayış evində partlayış olub.

Unikal.org "Apa"-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Partlayış nəticəsində evdə kirayədə yaşayan, 1983-cü il təvəllüdlü İradə Cəfər qızı Quliyeva xəsarət alıb. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.