Bakıda yük maşını 14 yaşlı məktəblini vurub. 

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə Hövsan Bağlar massivində qeydə alınıb. "KamAZ markalı yük maşını Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Şükürlü Fatimə Sakit qızını vurub. 

Nəticədə F. Şükürlü ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.