Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus "Akademik Zərifə Əliyeva adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində istilənmə müşahidə edilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək", - deyə gəmiçiliyin məlumatında əlavə edilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir qədər əvvəl "Akademik Zərifə Əliyeva adına gəmi bərəsinin baş mühərrik bölməsində yanğın olması barədə məlumat yayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-7 və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub.