Ağsuda bıçaqlanma hadisəsi baş verib.
Unikal.org-un APA TV-yə istinadən xəbərinə görə, hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Fariz Əmirxan oğlu Xəlilov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Xəlilova Şəbnəm Təyyar qızına mətbəx bıçağı ilə bir neçə dəfə xəsarət yetirib.
Bədənin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan Şəbnəm Xəlilova təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan 2 uşaq anası Şəbnəm Xəlilova hazırda koma vəziyyətindədir.
Şəbnəm Xəlilovanın hansı səbəbdən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.