Şəmkirdə bıçaqlanma olub.
Unikal.org Apa-ya istinadən xəbər verir ki, rayonun Sərxan kənd sakini, 1993-cü il təvəllüdlü Məhəmmədli Məhəmməd Yura oğlu döş qəfəsinin sağ hissəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir. M. Məhəmmədlinin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.