Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq.

Unikal.org xəbər verir ki, Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında bu barədə sənəd imzalanıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Alanın imzaladığı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş" azərbaycanlı sürücülərin Türkiyədə, türk sürücülərin isə Azərbaycanda rahat hərəkət etməsinə imkan yaradacaq.