Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Əmircan qəsəbəsi Axundov küçəsində yerləşən fərdi yaşayış evində 1984-cü il təvəllüdlü Əsədov Vaqif Alı oğlu özünü asaraq intihar edib.

Onun asılı vəziyyətdə qalmış meyitini yaxınları aşkar edib və dərhal təcili tibbi yardım çağırıblar. Həkimlər V.Əsədovun artıq vəfat etdiyini müəyyənləşdiriblər.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.