Cəlilabadda sürüşmə zonalarında aktivlik son günlər yenidən artmağa başlayıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun 10- dan artıq kəndini birləşdirən Cəlilabad-Cəngan-Soltankənd avtomobil yol boyu təpəlik ərazilərdə iri torpaq layları sürüşmənin təsirindən qoparaq tədricən yola doğru hərəkət edir.
Bundan başqa sözügedən avtomobil yolunun yamaclardan keçən hissələrində də yol yatağının sürüşməsi burada yol üzərində iri çatların yaranmasına gətirib çıxarıb. Yolun bəzi hissələrində asfalt qatı tamamilə çöküb. Nəticədə avtomobil yolunun hərəkət hissəsi xeyli daralıb.
Cəlilabadın Cəngan kəndində də sürüşmə təhlükəsi artmaqdadır. Bunu Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vidadi Dövlətov da təsdiqləyib.