Bərdə rayonunda qətl hadisəsi baş verib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.
Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.
Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.