Səudiyyə Ərəbistanının baş müftisi Əbdüləziz əl Şeyx qeyri-adi açıqlaması ilə müzakirə yaradıb.
Unikal.org "Hurriyetə istinadən xəbər verir ki, din adamı film və konsertlərin insan əxlaqını pozduğunu bəyan edib.
"Ölkədə yayımlanan xarici filmlər Səudiyyə Ərəbistanı mədəniyyətini dəyişdirmək məqsədi daşıyır. Filmlərlə yanaşı konsertlər fərqli cinsiyyətlərin bir araya gəlməsi üçün bir üsuldur və bunun heç də müsbət tərəfləri yoxdur, - deyə Əl-Şeyx bildirib.