Tovuz rayon sakini sirkə turşusundan zəhərlənib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayonun Musa Musayevküçəsində yaşayan 1988-ci il təvəllüdlü Məhərrəm Məmədov zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin ota ağır olduğu bildirilir. Yaxınlarının deməsinə görə, M. Məhərrəmov ikinci qrup əlildir. O soyuducuda olan dərman əvəzinə səhvən sirkə turşusu içərək zəhərlənib.