Ağdamda 56 yaşlı qadın özünü asaraq intihar edib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Ücoğlan kəndində baş verib.
Kənd sakini, 1961-ci il təvəllüdlü Nəcəfova Razidə Çərkəz qızı yaşadığı evin həyətindəki tikilidən özünü asıb. Övladları R. Nəcəfovanı ölmüş halda həyətdəki tikilidən asılı görüblər və Ağdam Rayon Polis Şöbəsinə xəbər veriblər.
Ağdam Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, R. Nəcəfovanın üç övladı var və onun psixoloji problemi olub.
Faktla bağlı Ağdam Polis Şöbəsində araşdırma aparılır.