Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda 1 nəfərin barmağında dəmir həlqə qalması barədə məlumat daxil olub.
Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 21:24-də başa çatıb.