Cəlilabad rayonunda qəbir daşları düzəldilən sexdən oğurluq edilib.
Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə Rayonun Göytəpə qəsəbəsində baş verib. Axşam saatlarında naməlum şəxs və ya şəxslər Nazim Rzayevə məxsus sexin pəncərəsindəki dəmir məhəccərləri xüsusi alətlərlə yerindən çıxararaq oradan içəri daxil olub, qəbir daşlarının hazırlanmasında istifadə olunan xeyli sayda avadanlıqları, eləcə də bir ədəd elektrik generatorunu oğurlayıblar. Sex sahibi isə hadisədən səhər saatlarında xəbər tutub.
Məlum olub ki, naməlum şəxslər oğurladıqları avadanlıqları elə sexin həyətindəki arabaya yığaraq aparıblar. Hadisə zamanı sex sahibinə 1500 manata yaxın maddi ziyan dəyib. Fakt barədə polisə məlumat verilib. Cinayəti törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.