Dağlıq Qarabağda erməni əsgər yaralanıb.
Unikal.org "news.am saytına istinadən verdiyi məlumata görə, 1997-ci il təvəllüdlü Qurgen Sarkisyanın əsgər yoldaşı tərəfindən yaralandığı ehtimal olunur.
Səbəb kimi həmin şəxsin silahla ehtiyatsız davranması göstərilir.
Hadisə yanvarın 16-da saat 23.55-də döyüş postunda baş verib. Q. Sarkisyanın vəziyyətinin çox ağır olduğu bildirilir.